təmiz (əsl)

exactly the same / the very image (picture, spit) of someone (real, genuine) в натуре (самый настоящий, не отличишь от кого или чего-либо)
təmiz əllər (düzlük, namusluluq mənasında)
təmiz hava almaq (təmiz hava ilə nəfəs almaq)
OBASTAN VİKİ
Təmiz Nohurlar
Təmiz Nohurlar (rus. Чистые пруды) — Moskva şəhərinin Basmannı rayonunun Bulvar halqasında yerləşən böyük nohur. Nohurun adı Turgenev Meydanı və Sretenski bulvarından Pokrovka küçəsinə doğru uzanan Çistoprudnı Bulvarına və Moskva Metropolitenindəki Çistye Prudı stansiyasına verilmişdir. Nohurlar Raçka çayı üzərində, XVII əsrdə Ağ Şəhərin divarları altından axan bəndlə meydana gəlmişdir. İndiki dövrdə, biri istisna olmaqla, bütün nohurlar kimi, çay da yeraltı axır . Təmiz Nohurlar su boruları sistemi ilə qidalanır. XVII əsrdə insanlar zibilləri və tullantıları çaya və gölməçələrə ataraq oranı "Çirkli Nohurlar" adlandırırdılar. 1703-cü ildə hovuzlar, yaxınlıqdakı Menşikov Qülləsini inşa edən Şahzadə Menşikov tərəfindən alınmışdır. Beləliklə, hovuzlar zibildən təmizlənmiş və yenidən əvvəlki vəziyyətinə qaytarılmışdır. "Təmiz" adlandırıldığı vaxtdan bəri, hovuzlar moskvalılar üçün gəzinti və istirahət üçün ən sevimli yerlərdən birinə çevrilmişdir.
Təmiz enerji
Dayanıqlı enerji — "gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq" şəkildə istehsal olunan və istifadə olunan enerji. Bu, onun ətraf mühitə olan təsirləri nəzərə alındıqda (baxmayaraq ki, dayanıqlı enerji konsepsiyası iqtisadi və sosial təsirləri də əhatə edir) yaşıl enerji və təmiz enerji konsepsiyaları yaxın olduğunu göstərir. Dünyanın elektrik, istilik, soyutma və transport gücünü dayanıqlı enerji vasitəsi ilə əldə etmək 21-ci əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük çətinliklərdən biri olaraq qəbul edilir. Enerji istehsalı və istehlakı insanın səbəb olduğu və qlobal istiləşməyə gətirib istixana qaz emissiyasının 70%-ni təşkil edir. Dünya üzərində 1 milyarda yaxın insanın elektrik çatışmazlığı ilə üz-üzədir və təxminən 3 milyad insan yemək bişirmək üçün odun, kömür və heyvan peyini kimi tüstülü yanacaqlardan istifadə edir. Bu və digər təbii yanacaqlar hər il təxmini 7 milyon insanın ölümünə səbəb olan hava çirkliliyini yaradan əsas faktorlardır. Ümumilikdə, günəş, külək və hidroelektrik enerji kimi bərpa edilən enerji mənbələrinin dayanıqlı olduğu düşünülür. Ancaq bioyanacaq istehsalı üçün meşələrin təmizlənməsi kimi bəzi yenilənə bilən enerji layihə aspektləri təbii yanacaq istifadəsindən daha zərərli problemlərin yarana biləcəyini göstərir. Nüvə energetikasıAtom enerjisi daha az karbon tələb edən mənbədir və külək və günəşlə müqayisədə daha təhlükəsiz görünür, ancaq radioaktiv tullantılar və böyük əzariskləri bu texnologiyanın dezavantajlarıdır. Dəyişən enerji mənbəyi olan orta miqdarda külək və günəş enerjisi şəbəkə enerjisi anbarı və tələbə cavab tədbirləri kimi əlavə infrastruktur olmadan elektrik şəbəkəsinə inteqrasiya edilə bilər.
Şövkət Təmiz
Şövkət Təmiz (1 sentyabr 1970) — PS və Brüssel-Kapital millət vəkili olan belçikalı siyasətçi. Şövkət Təmiz 1 sentyabr 1970-ci ildə Türkiyədə anadan olmuşdur, ancaq bir neçə il sonra ailəsi ilə Belçikaya köçmüşdür. Peşəkar olaraq dövlət qulluqçusu oldu. O, PS üçün siyasi cəhətdən aktiv olub. 2006-cı ildə bu partiya üçün Brüsselə seçildi. 2014-cü ildən bəri Brüssel-Kapital Məclisinin üzvüdür.
Təmiz idrakın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".
Təmiz torpağın buddizmi
Təmiz torpağın buddizmi (çin. 净土宗 цзинтуцзун; yap. 浄土宗, дзёдо-сю; vyet. Tịnh Độ Tông, Tin Do Tonq), eləcə də amidaizm, amitoizm — Mahayana buddizmin məktəbi, Uzaq şərq buddizmin qolu. Daosizmin və buddizmin bir sıra ideyalarını özünəməxsus şəkildə sintez edən Daoanın şagirdi Huey-yuan icmanı – «sanqha»nı – hökmdara və hakimiyyətə qarşı qoyaraq və transsendental kontekstdə anlaşılan, yəni dünyanın fövqündə duran şəxsiyyət kimi qəbul edilən Vahid Tanrı – Amitabha – kultunu yaratmaqla dini dünyagörüşün, daha dəqiq deyilərsə, transsendental dinin formalaşma prosesini sona çatdırdı. Amidaizm adlandırılan bu din cəmiyyətdə hakim mövqe tutduqca Çin tarixinin orta əsrçilik dövrü başlayır. Amidaizm Çində buddizmin ilk variasiyası kimi təşəkkül tapdı. Bu, icmaçı variasiya idi. Konfutsiçilik cərəyanına daxil olanlar qeyri-aristokratik mənşəli legist ideyalarla barışdıqları üçün Çinin aristokratik ruhu özünü konfusiçiliyin dilində deyil, daha çox buddizmin dilində anlaya bildi və ifadə etdi. Aristokratik buddizm çan adlandırıldı və özünü icmaçı buddizmə – amidaizmə qarşı qoydu.
Təmiz şəhər ASC
Təmiz şəhər Açıq Səhmdar Cəmiyyəti — Bakı şəhəri ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirən qurum. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncama əsasən təsis olmuşdur. 2009-cu il martın 12-də “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlamışdır. Abşeron regionundakı mövcud ekoloji problemlərin planlı sürətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr 2006-cı il tarixində «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı» təsdiq olunmuşdur. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyəti vardır. Kompleks Tədbirlər Planında ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Belə ki, Bakı buxtasının, Bibiheybət zonasının, H.Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər məsələlər tədbirlər planında əks olunmuşdur. Kompleks Tədbirlər Planı üzrə təsdiq olunmuş vəzifələr üzrə Abşeron yarımadasında məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi ilə bağlı məsələlərin həll olunması da bu vəzifələr arasındadır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncama görə Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması Bakı Şəhər İcra Hakimiyyətinə səlahiyyətində qalır. Sərəncama əsasən təsis olunan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti isə Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir.
Əsl ananas
Əsl ananas (lat. Ananas comosus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin ananas cinsinə aid bitki növü. Ananasın yaranması haqqında çox qəribə əfsanə mövcuddur. Hesab olunur ki, ananas-gözəl şaftalının və təsadüfən meşəyə düşmüş küknar qozasının sevgisinin məhsuludur. Bu o vaxtlar baş vermişdi ki, onda hər bir məhsul ruh və hissə malik idi. Bu iki bitki də bir-birini sevərək və başa düşərək ki, adi həyatda bir yerdə ola bilməzlər, allahlardan mərhəmət diləmişlər. Tanrılar imtina etmiş, lakin sevənlər çox inadcıl idi. Onlar ayrı-ayrılıqda yaşaya bilmirdilər. Onda tanrılar mərhəmət göstərərək şaftalı dadı verən və möhkəm küknar qozasına malik bu qəribə məhsulu yaratdılar. Beləliklə ananas yaranmışdır.
Əsl antiloplar
Əsl antiloplar (lat. Antilopinae) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid yarımfəsilə.
Əsl arılar
Əsl arılar (lat. Apidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. 5700-ə yaxın növü əhatə edir. Fəsilə ən çox rast gəlinən bombuslar və bal arıları da daxil olmaqla, az yayılan digər növləri də əhatə edir. Əksəriyyəti təbii senozlarda və kənd təsərrüfatı bitkilərində qiymətli tozlayıcılardır. Antarktidadan başqa dünyanının hər yerində yayılıblar.
Əsl ağcaqanad
Əsl ağcaqanad (lat. Culex) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinə aid heyvan cinsi.
Əsl badyan
Əsl balinalar
Əsl balinalar (lat. Balaenidae) — cetacea dəstəsinə aid heyvan fəsiləsi.
Əsl bayquşlar
Bayquşlar (lat. Strigidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bayquşun bədəni 17–74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan 3,25 kq-dək olur. Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar. Dişi bayquş yuvasında qoyduğu 8–10 yumurtadan 2–3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Bayquşlar əkin sahələrinə, meşədəki ağaclara zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyindən xeyirli quşlardır. Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər.
Əsl doqquzdon
Adi doqquzdon (lat. Lonicera xylosteum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Yabanı halda Avropanın Şimali, Mərkəzi və Şərq vilayətlərində, Şimali Amerikada, Uralda və Qərbi Sibirdə rast gəlinir. Hündürlüyü 2,5 m-dək, yarpağıtökülən koldur. Oduncağı yaşılımtıl-ağdır. Cavan zoğları yaşıl və ya qırmızımtıl rəngli, qoca zoğlarının qabığı boz və qonur-bozdur. Tumurcuqları konusvarı, xırda, 1–2 mm-dir. Yarpaqların uzunluğu 3–7 sm, eni 2–5 sm, qarşı-qarşıya düzülmüş ellipsvarı formalı, qısa, ucu biz, kənarları bütövdür. Yarpaq ayasının yuxarı tərəfi tünd-yaşıl, tutqun, alt tərəfi bozumtul, yumşaq sıx tükcüklərlə örtülüdür. Çiçəkləri yarpaqların qoltuğunda cüt yerləşir.
Əsl gekkonlar
Əsl gekkonlar (lat. Gekkoninae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gekkonlar fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bura 75 cins və minlərlə növ daxildir. Ən iri cinsləri: Cyrtodactylus (95 növ), Hemidactylus (90 növ), Cnemaspis (75 növ).
Əsl gözəllik
Əsl gözəllik (kor. 여신강림; Yeosin-gangnim, ing. True Beauty) — Mun Qa-yon, Ça Un-vu, Hvan İn-yop və Pak Yu-nanın rol aldığı Cənubi Koreya televiziya serialıdır. Line Webtoon tərəfindən eyniadlı "Yaongyi" əsasında bu, çirkin olaraq qəbul edildiyi üçün zorakılığa və ayrı-seçkiliyə məruz qaldıqdan sonra özünü gözəl bir "ilahə"yə çevirmək üçün makiyaj sənətinə yiyələnən orta məktəbli bir qızdan bəhs edir. Xarici görünüşü ilə bağlı aşağılıq kompleksi olan 18 yaşlı lisey şagirdi İm Cu-qyon (Mun Qa-yon) çirkin göründüyü üçün ailəsi tərəfindən daim ayrı-seçkiliyə məruz qalır və yaşıdları tərəfindən zorakılığa məruz qalır. O, internetdə makiyaj dərsi videolarına çox baxaraq makiyajdan necə istifadə edəcəyini öyrənməyə başlayır. O, yeni məktəbinə keçməzdən əvvəl sənətə yiyələndikdə, onun makiyajı dəyişdirici olduğunu sübut edir, çünki o, sürətlə şöhrət qazanır və həmyaşıdları onu "ilahə" adlandırır. Yeni tapılan populyarlığına baxmayaraq, Cu-qyon hələ də özünü çirkin hesab edir və həmyaşıdlarının onun əsl üzünü görəcəyindən qorxur. Təəssüf ki, bu, onun cəsarətli yaraşıqlı, populyar və sirli sinif yoldaşı Li Su-ho (Ça Un-vu) daha əvvəl bir neçə dəfə çılpaq üzü ilə qarşılaşdığı zaman onu makiyajından kənarda tanıyanda gerçəkləşir. Su-ho məktəbdə qız tələbələr arasında çox populyardır, lakin o, daimi diqqət mərkəzində olmaqdan nifrət edir və soyuq görünür.
Əsl gürzə
Əsl gürzə (lat. Vipera) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan cinsi.
Əsl gürzələr
Əsl gürzə (lat. Vipera) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan cinsi.
Əsl hil
Əsl ilanyeyən
Əsl ilanyeyən (lat. Circaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Əsl innab
Əsl innab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin i̇nnab cinsinə aid bitki növü. Dünyanın bir sıra ölkələrində təbii və yabanı şəkildə rast gəlinir. 6–8 m hündürlükdə yarpağını tökən kiçik ağac və koldur. Yarpaqları növbəlidir. Dairəvi yarpaqların qaidə hissəsində 2 ədəd tikana çevrilmiş yarpaqaltlıqları və çiçək qrupu yerləşir. Çiçəkləri 2 cinsli, 5 üzvlüdür. Ulduzvarı və görkəmsizdir, kasacığı nəlbəkivaridir. Geniş üçbucaq formalı, dilimlidir. Ləçəkləri xırda, enli, qaşıqvarı, erkəkcikləri əhatə edəndir.
Əsl iquanlar
Əsl iquanlar (lat. Iguanidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Əsl jasmin
Ağ jasmin (lat. Jasminum officinale) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. Asiya, Aralıq dənizi ölkələri, Çinin şimalı, Zaqafqaziyada geniş yayılmışdır. Pakistanın milli çiçəyidir. Ağ jasminin hündürlüyü təxminən 3 m-ə çatır. Uzun gövdələri 5-9 xırda, mürəkkəb yarpaqlardan ibarətdir. Çiçəkləri zoğların uclarında çiçək qruplarına yığılmışdır. Bu növ martdan maya qədər, diametri 5 sm olan gözəl, ağ və ətirli çiçəklərlə örtülü olur. Onun çiçək qruplarının uzunluğu 5-8 sm-dir. Giləmeyvələri qaradır.
Əsl karabidlər
Əsl karabidlər (lat. Carabinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Əsasən iri böcəklərdir, rənglərində qara tonlar üstünlük təşkil edir. Ancaq parlaq metal rəngə çalan yaşıl, mavi və ya bənövşəyi rəngdə olanları da vardır. Ən zəngin cinslərdən olan Carabus böcəklərinin alt qanadları tam inkişaf etmədiyindən, onlar uçmur. Bədəninin uzunluğu 40–50 mm-ə çatır. Böcəklər meşələrdə, bağlarda yaşayır, gecə həyat tərzi keçirdiklərindən, gündüz seyrək nəzərə çarpır. Onların əksəriyyəti, quşların yemədiyi (ququ quşu və sarıköynəkdən başqa) meşə ziyanvericiləri olan tək ipəksarıyanın, rahibə-kəpənəyin, halqalı ipəksarıyanın və qızılqarın kəpənəyin tırtıllarını məhv etməklə böyük fayda verir .Başqa növlər, bostan bitkilərinə böyük ziyan vuran ilbizləri yeməkdə ixtisaslaşmışlar. Onlara ilk növbədə Qafqaz karabidi, başqa sözlə Qafqaz sıçradıcı-ilbizyeyəni Carabus caucasicus Adams aiddir. Bu növün böcəkləri və sürfələri yırtıcıdır.
Əsl krevetlər
Əsl krevetlər (lat. Caridea) — pleosimatlar yarımdəstəsinə aid heyvan infradəstəsi. Krevetlər fəal hərəkətlərdən tutmuş tənəffüsə qədər müxtəlif funksiyaları yerinə yetirən çoxsaylı ətraflarla fərqlənən, kifayət qədər mürəkkəb bədən quruluşlu xərçənglərdir. Xərçəngin bədəni baş-döşdən və qarın hissədən ibarətdir. Baş-döşdə faset gözlər, antenalar da daxil olmaqla çoxlu ətraflar və gəzmə ayaqları yerləşmişdir. Gözlər saplaqlı olub müxtəlif istiqamətlərə dönə bilir və geniş görmə sahəsini təmin edir. Bığcıq antenalar qoxu, lamisə və kimyəvi hiss funksiyalarını yerinə yetirir. Müvazinət orqanı statositlər bığcıqların əsasında yerləşir. Bu xərçənglərdə 3 ön döş seqmenti başla birləşmişdir, növbəti 5 cüt arxa ayaqlar yerdəyişməyə xidmət edir. Birinci 2 cüt gəzmə ayaqları qısqaclıdır.